» » » Bakıda mənzildə köməksiz qalan iki azyaşlı xilas edildi

Bakıda mənzildə köməksiz qalan iki azyaşlı xilas edildi

Bakıda mənzildə köməksiz qalan iki azyaşlı xilas edildi

FHN məlumat yaydı.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

ucarliyiq.biz-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
 
Xilasedicilər mənzilin qapısını açıb. Daha sonra azyaşlılar valideynlərinə təhvil verilib.