» » » Sinoptiklər sabaha qar proqnozlaşdırır

Sinoptiklər sabaha qar proqnozlaşdırır

Sinoptiklər sabaha qar proqnozlaşdırır

Cənub-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz Abşeron yarımadasının bəzi yerlərində çiskin olacaq, zəif yağış yağacağı ehtimal edilir. Cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-10, gündüz 13-17 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, dağlıq ərazilərdə sulu qar yağacağı, tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu aran rayonlarında gecə 2-7, gündüz 10-15, dağlarda gecə 2-dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz 4-9 dərəcə isti olacaq.