» » » Təranə Səmədova: Yaxşı dostlarla yeyib içmişəm -VİDEO

Təranə Səmədova: Yaxşı dostlarla yeyib içmişəm -VİDEO

Təranə Səmədova: Yaxşı dostlarla yeyib içmişəm -VİDEO

Faktla bağlı protokol tərtib edilib.

Sükan arxasında sərxoş vəziyyətdə saxlanılan tanınmış proddüser Təranə Səmədova sosial şəbəkədə içkili olduğunu etiraf edib. 

ucarliyiq.biz xəbər verir ki, “Facebook” səhifəsində bir nəfər sosial şəbəkə istifadəçisinin “Təranə xanımın fikirləri maraqlıdır mənim üçün. Görəsən, özünə necə haqq qazandıracaq?” sualı prodüseri əsəbiləşdirib. 
“Sən mənim nəyimsən ki, mən sənin qarşında özümə haqq qazandırmağa çalışım. Yaxşı dostlarımla oturmuşam, yemişəm-içmişəm, çıxanda gərək ayıq sürücü çağırardım. Çağırmayıb səhv etmişəmsə də, özü yıxılan ağlamaz. Sağ olsun məni tanıyıb mənə hörmət qoyan dostlarım, elə onlar da yoluna qoyulmasında köməklik etdilər. Bundan sənə nə? Səndən üzr istəməliyəm? Ya əvvəldən icazə almalı idim?”,-deyə T.Səmədova yazıb.

Təranə Səmədova: Yaxşı dostlarla yeyib içmişəm -VİDEO

Xatırladırıq ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində, Hüseyn Seyidzadə küçəsində “Hyundai” markalı avtomobilə “Saxla!”əmri veriblər.
 
Sürücü əmrə tabe olmayıb və qaçmağa cəhd göstərib. Yol polisi avtomobili təxminən 3-4 kilometrdən sonra süni tıxac yaratmaqla saxlaya bilib.
 
Məlum olub ki, sürücü, tanınmış prodüser Təranə Səmədova spirtli içki qəbul edib. Avtomobildən düşmək istəməyən Təranə Səmədova növbəti dəfə qaçmağa cəhd edib və bu zaman “Tofaş” markalı başqa bir avtomobili əzib.

Faktla bağlı protokol tərtib edilib, avtomobil isə cərimə meydançasına yerləşdirilib.