» » » “ASAN Məktub”la arzular reallaşdı

“ASAN Məktub”la arzular reallaşdı

“ASAN Məktub”la arzular reallaşdı

“128 məktubdan 123-ü qısa müddət ərzində öhdəliyə götürüldü”.

ASAN Könüllülərinin “ASAN Məktub” layihəsi fəaliyyətə başladığı gündən etibarən cəmiyyət tərəfindən böyük maraqla qarşılanıb. 

Belə ki, layihə çərçivəsində www.asanmektub.az saytında yerləşdirilən və sosial cəhətdən həssas qruplara aid uşaqların arzu, istəklərini əks etdirən 128 məktubdan 123-ü qısa müddət ərzində öhdəliyə götürülüb. 

ucarliyiq.biz xəbər verir ki, layihədə “ASAN Qasid” kimi çıxış edən ASAN Könüllülərinin köməkliyi ilə öhdəçi vətəndaşlardan təhvil alınan 24 hədiyyəartıq sosial qayğıya ehtiyacı olan uşaqlara çatıdırılıb və 24 vətəndaşa hədiyyələrin çatdırılması ilə bağlı fotoşəkilləre-poçt və digər əlaqə vasitələri ilə  göndərilib.

Öhdəçiliyə alınan 45 məktubun hədiyyələri isə həftə ərzində öz sahiblərinə çatdırılması nəzərdə tutulub. Qeyd edək ki, hədiyyələr öhdəçi vətəndaşlardan onlara uyğun zamanda və uyğun məkanda təhvil alınaraq sahiblərinə çatdırılır. 

“Uşaqlara ASAN sevgi” şüarı ilə həyata keçirilən “ASAN Məktub” layihəsinin əsas  məqsədi heç bir maddi qazanc güdmədən  14 yaşadək sosial qayğıya ehtiyacı olan uşaqların arzu və istəklərini həyata keçirməkdir. 

Siz də www.asanmektub.az səhifəsindən cavabınızı gözləyən məktubu öhdənizə götürməklə uşaqların sevincinə sevinc qata bilərlərsiniz.