» » » “Ailəm” paketi “Nar” abunəçilərini sevindirməyə davam edir

“Ailəm” paketi “Nar” abunəçilərini sevindirməyə davam edir

“Ailəm” paketi “Nar” abunəçilərini sevindirməyə davam edir

Pulsuz danışma müddəti uzadıldı.

“Ailəm” paketi daxilində abunəçilərə 4 nömrə arasında pulsuz danışıq təqdim olunur. Paketdən yararlanmaqla, abunəçilər öz ailələri, dostları və yaxınları ilə 29 fevral 2016-cı il tarixədək pulsuz ünsiyyət imkanı əldə edirlər.  “Ailəm” paketinə daxil olan 4 nömrənin hər birinə 1 AZN ilkin balans və 100 MB internet trafiki hədiyyə edilir.

“Ailəm” paketinin üstünlüklərindən nəinki bütün “Nar” istifadəçiləri, hətta digər operatorların abunəçiləri də faydalana bilərlər. Bunun üçün onlar, sadəcə öz nömrələrini MND (mobil nömrə daşınması) vasitəsilə “Nar” operatoruna keçirməlidirlər. 

“Ailəm” paketində ölkədaxili digər istiqamətlərə olan zəngin dəqiqəsi isə “Unikal” tarifinə (ölkədaxili bütün istiqamətlərə 4 qəpik) əsasən hesablanır.  1 mart 2016-ci il tarixindən sonra isə paketinin istifadəçiləri öz aralarında cəmi 1 qəpiyə danışa biləcəklər.  

Paket barədə daha ətraflı məlumatı bizim internet səhifəmizdən əldə etmək olar: www.nar.az.