» » » Şəxsiyyət vəsiqələri üçün yeni rüsumlar sabahdan qüvvəyə minir

Şəxsiyyət vəsiqələri üçün yeni rüsumlar sabahdan qüvvəyə minir

Şəxsiyyət vəsiqələri üçün yeni rüsumlar sabahdan qüvvəyə minir

Nazirlik məlumat yaydı.

Sabahdan şəxsiyyət vəsiqələrinin verilməsi üçün tətbiq olunan rüsum yenilənir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, bu il dekabrın 1-dən qüvvəyə minəcək “Dövlət rüsumu haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, respublikamızın vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödəniləcək.