» » » Nardaran sakinləri yolu bağladılar

Nardaran sakinləri yolu bağladılar

Nardaran sakinləri yolu bağladılar

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Bu gün səhər saatlarından başlayaraq Nardaran sakinləri Maştağa qəsəbəsindən Nardaran istiqamətində gedən yolu bağlayıblar.

ucarliyiq.biz xəbər verir ki, Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, aksiya iştirakçılarının əllərində dəmir armaturlar, daş parçaları var. Onlar meyitlərin qaytarılmasını tələb edirlər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də ağır zirehli texnika cəlb olunub.