» » » Nardaranda öldürülən silahlı dəstə üzvləri dəfn olundu

Nardaranda öldürülən silahlı dəstə üzvləri dəfn olundu

Nardaranda öldürülən silahlı dəstə üzvləri dəfn olundu

Meyitlər ailələrinə verilib.

Nardaranda baş verən silahlı insidentdə ölən silahlı dəstə üzvlərinin meyitləri ailələrinə verilib.

ucarliyiq.biz xəbər verir ki, APA-nın qəsəbədə olan əməkdaşı bildirir ki, meyitlər bu gün səhər Nardarana gətirilib və qəsəbə qəbiristanlığında dəfn olunublar.

Qeyd edək ki, bu il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.

Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında qeyd olunub ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat əsasında əməliyyat təşkil olunub.

Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb.
 
Hadisə nəticəsində dəstənin üzvlərindən Abbas Hüseyn, Sərvan Səfərov, Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşları ölüb. A. Hüseyn Gəncə, S. Səfərov Masallı, digər 3 nəfər isə Nardaran sakinidir.