» » » Siyavuş Novruzov: Din xadimlərinin əlində Quran olar, qumbara yox

Siyavuş Novruzov: Din xadimlərinin əlində Quran olar, qumbara yox

Siyavuş Novruzov: Din xadimlərinin əlində Quran olar, qumbara yox

“Bu hadisələri kriminaldan daha böyük hadisə kimi qiymətləndirmək lazımdır”.

Hər bir Azərbaycan vətəndaşı qanunvericiliyin tələblərinə əməl etməlidir. Kəndlər arasında ayrı-seçkilik etmək olmaz və qanunun aliliyini hamı qorumalıdır. Dövlət hər kəsindir və vərəndaşlar üçün də lazımi addımları atır, sosial və digər problemləri həll edir ki, bu da addekvat olmalıdır.

ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov jurnalistlərə açıqlamasında deyib.

Nardaran hadisələri haqda danışan komitə sədri bildirib ki, dövlət bu addımları atırsa, bu o demək deyil ki kimdənsə və ya hansısa kənddən çəkinir.

"Din xadimlərinin əlində "Quran" olar, avtomat, qumbara yox. Bu dini məsələ yox, sırf təhlükəsizlik məsələsidir. Bununla bağlı hüquq mühafizə orqanları tərəfindən lazımi addımlar atılacaq ki, Azərbaycandakı ictimai-siyasi sabitlik qorunsun.

Vətəndaşlar qanundan sui-istifadə etməsinlər. Bu hadisələri kriminaldan daha böyük hadisə kimi qiymətləndirmək lazımdır",- deyə Novruzov vurğulayıb.

O bildirib ki, Nardaranda xüsusi ixtisaslaşdırılmış və hazırlaşdırılmış dəstələrdən söhbət gedir.

"Onların böyük əksəriyyətinin hətta Nardarana heç bir aidiyyəti yoxdur. Onlar Azərbaycanın ayrı-ayrı regionlarından və bölgələrindən gələn və başqa öllkənin ərazisində təlim keçənlərdir.

Onlar sırf terror aktlarının həyata keçirilməsi və insanlarda xof yaradılması üçün hazırlanmış qrupdur.

Onların planları digər ölkələrdə olan terror aktlarının həyata keçirilməsi, dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsdlərin təşkil olunması, dövlətin əsas fundamental konstitusion quruluşunun dəyişdirilməsidir", - deyə Novruzov bildirib.