» » » Azərbaycanlı siyasətçi Türkiyə xalqı adından Rusiyadan üzr istədi

Azərbaycanlı siyasətçi Türkiyə xalqı adından Rusiyadan üzr istədi

Azərbaycanlı siyasətçi Türkiyə xalqı adından Rusiyadan üzr istədi

“Ərdoğan və onun komandasının kişilikləri çatmadığı üçün...”.

Azərbaycanlı siyasətçi Türkiyə xalqının adından Rusiyadan üzr istəyib.

ucarliyiq.biz xəbər verir ki, özünü siyasətçi, alim, həqiqi, demokratik, xalq müxalifətinin yaradılması uğrunda təşəbbüskar və mübariz kimi təqdim edən, 1998-ci ildə Azərbaycan Demokratik Sosialist Partiyasını yaratmış Oqtay Ataxan müvafiq bəyanatla Disput.az sosial şəbəkəsində çıxış edib.

O. Ataxan yazır:

“Türk xalqından heç kimin Ərdoğan və onun komandasının hərəkətlərinə görə Rusiyadan üzr istəməyə kişilikləri çatmadığı üçün və mən azərbaycanlı olaraq, Türkiyə vətəndaşları kimi türk olduğum üçün, mən həm türk, həm də bir azərbaycanlı kimi vurulmuş təyyarəyə və öldürülmüş hərbi təyyarəçiyə görə Rusiya və rus xalqından üzr istəyir, həm həlak olanın ailəsinə, həm də bütün rus xalqına başsağlığı verirəm”.