» » » Metroda xüsusi yoxlama keçidləri quruldu - FOTO

Metroda xüsusi yoxlama keçidləri quruldu - FOTO

Metroda xüsusi yoxlama keçidləri quruldu - FOTO

Nəzarət işləri gücləndirilib.

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında xüsusi yoxlama keçidi quraşdırılıb.

ucarliyiq.biz Modern.az-a istinadən xəbər verir ki, “20 yanvar” stansiyasına daxil olan sərnişinlər bundan sonra təkcə polislərin detektorları ilə yoxlaılmayacaq, həm də xüsusi yoxlama keçidlərindən keçməli olacaqlar.

Metrostansiyadakı mühafizə polisləri əməkdaşımıza deyiblər ki, xüsusi aparat təzə gətirilib və onun qurulmasında məqsəd hamını deyil, daha çox şübhə doğuran şəxsləri yoxlamaq, təhlükəli hesab olunan əşyaları aşkarlamaqdır.

Bu cür xüsusi keçid ötən gecə “28 May” və "Koroğlu" stansiyalarının girişində də quraşdırılıb. 

Bakı Metropoliteninin digər stansiyalarında da belə aparatların qoyulacağı gözlənilir.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, bu təhlükəsizlik tədbirlərinin gücləndirilməsilə bağlıdır:

“Metropoliten kütləvi sərnişindaşıma ilə məşğul olan ictimai nəqliyyat vasitəsidir. Bizim işimiz sərnişinləri rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırmaqdır. Biz sərnişinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində lazım olan bütün tədbirləri görürük və bundan sonra da görməyə davam edəcəyik”.

Qeyd edək ki, dünəndən Bakının Nardaran qəsəbəsində həyata keçirilən təhlükəsizlik tədbirlərilə yanaşı, strateji əhəmiyyət kəsb edən, əhalinin sıx və kompakt olduğu yerlərdə nəzarət işləri gücləndirilib. 

Metroda xüsusi yoxlama keçidləri quruldu - FOTO

Metroda xüsusi yoxlama keçidləri quruldu - FOTO

Metroda xüsusi yoxlama keçidləri quruldu - FOTO