» » » Dabaq xəstəliyinə qarşı peyvəndləməyə başlanıldı

Dabaq xəstəliyinə qarşı peyvəndləməyə başlanıldı

Dabaq xəstəliyinə qarşı peyvəndləməyə başlanıldı

Nazirlik məlumat yaydı.

Ölkə ərazisinin epizootoloji sabitliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq Epizootiya əleyhinə tədbirlər planına əsasən 2015-ci ilin dekabr ayında respublika ərazisində dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirinə başlayıb.

Bunu ucarliyiq.biz-a Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

O qeyd edib ki, iribuynuzlu heyvanların peyvəndlənməsi ilk növbədə ölkənin sərhəd rayonlarında, daha sonra respublikanın digər rayonlarında həyata keçiriləcəkdir:

Dabaq xəstəliyinə qarşı profilaktik tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərinin və aidiyyəti yerli qurumların yerlərdə dövlət baytarlıq xidmətinin mütəxəssislərinə müvafiq şərait yaratmaqla əməli köməklik göstərmələri tövsiyə olunur.

Hazırda respublikanın epizootik vəziyyəti sabitdir.