» » » Təranə etiraf etdi: Spirtli içki qəbul etmişdim – VİDEO

Təranə etiraf etdi: Spirtli içki qəbul etmişdim – VİDEO

Təranə etiraf etdi: Spirtli içki qəbul etmişdim – VİDEO

“Qaydalar onu pozmaq üçün yaranıb”.

ANS TV-də Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan  “Deməsək, olmaz” verilişində qonaq olan tanınmış prodüser Təranə Səmədova bir neçə gün əvvvəl avtomobilini idarə edərkən içkili olduğunu  etiraf edib.
 
ucarliyiq.biz xəbər verir ki, o, baş verənlərə görə günahkar olduğunu deyib:

“Etiraf etmək istəyrəm ki, bəli, spirtli içki qəbul etmişdim və “Ayıq sürücü” xidməti çağırmalıydım. Baş verənlərə görə, günahı tək özümdə görürəm. Özü yıxılan, ağlamaz.

Bir balaca spirtli içki qəbul etmişdim, yəqin onun təsirindən belə aqressiya yarandı. Bu aqressiya polislərə qarşı deyildi, insan öz səhvini dərk edəndə, aqressivləşməyə başlayır.

Tanınmış olduğuma görə, bu məsələ respublika səviyyəsində müzakirə olundu.

Əslində qaydalar onu pozmaq üçün yaranıb. Qaydanı pozmuşam və cəzasını çəkmişəm, hələ də çəkirəm.

Qanun çərçivəsində mən həbs oluna, sürücülük vəsiqəsindən məhrum ola bilərdim. Lakin xanım olduğum üçün mənə hörmət etdilər. Amma məhkəmə səviyyəsində yüksək məbləğdə cərimə ödədim. Avtomobilim isə cərimə meydançasından buraxılıb”.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində, Hüseyn Seyidzadə küçəsində “Hyundai” markalı avtomobilə “Saxla!”əmri veriblər.

Sürücü əmrə tabe olmayıb və qaçmağa cəhd göstərib. Yol polisi avtomobili təxminən 3-4 kilometrdən sonra süni tıxac yaratmaqla saxlaya bilib.

Məlum olub ki, sürücü, tanınmış prodüser Təranə Səmədova spirtli içki qəbul edib. Avtomobildən düşmək istəməyən Təranə Səmədova növbəti dəfə qaçmağa cəhd edib və bu zaman “Tofaş” markalı başqa bir avtomobili əzib.

Faktla bağlı protokol tərtib edilib, avtomobil isə cərimə meydançasına yerləşdirilmişdi.