» » » Əsli və Kərəmin qəbirləri tapıldı – VİDEO

Əsli və Kərəmin qəbirləri tapıldı – VİDEO

Əsli və Kərəmin qəbirləri tapıldı – VİDEO

Göygölün Kərəmli kəndində.

Nakam məhəbbətin tərənnümü olan Əsli və Kərəm dastanı bir xaçpərəst qızının eşqilə od tutub yanan Gəncə xanzadəsinin əhvalatı haqdadır. Onlar bu yolda hər çətinliyə dözürlər. Lakin Qara Keşişin bədbin cadugərlik əməlləri nəticəsində qovuşa bilməyən sevgililər od tutub yanırlar. 

ucarliyiq.biz Region TV-yə istinadla xəbər verir ki, Dastan qərəmanlarının qəbirlərinin qədim Gəncə ərazisində olması haqda gəzən söhbətlərin sorağı, bizi Göygöl rayonunun 25 il bundan əvvələdək elə “Qara keşiş yurdu” adlanan Kərəmli kəndinə gətirib-çıxardı.

Əsli və Kərəmin məzarları məhz bu kəndin yuxarı hissəsində, Gülazar bulağı yolu istiqamətində qədim qəbiristanlığın qalıqları arasındadır.

Qəbirlərdən birinin Əsliyə, digərinin isə Kərəmə aid olduğu bildirilir. Bu da Qara keşişin qəbri! Üzərində də günahları böyüklüyündə ağır daş.

Qəbirlərdən əlavə ərazidə Əsli Kərəm əhvalatına uyğunlaşdırılmış başqa nişanələr də var. Onlardan biri haqda uşaqlıqda bu yerlərə tez-tez gələn gəncəli bələdçmiz danışır.

Onu da vurğulayaq ki, Gəncəbasardakı Əsli Kərəm qəbirləri mövzusu mətbuatda 42 il bundan əvvəl işıqlandırılıb, televiziya verilişləri hazırlanıb.  

Müsahibimiz qəbirlərin üstündə yer alan və indi yalnız xaç kimi qəbul edilən işarələrə toxunaraq onların tarixçəsinin xristianlıqdan daha qədim olduğuna diqqət çəkir.

Yeri gəlmişkən, bu yerlərin  günümüzdə ictimaiyyətə çatdırılmasında Gəncədə çalışan araşdırmaçı jurnalist Zakir Muradovun da rolu olub.

Şifahi xalq yaradıcılığının məhsulu olan dastanlar çox vaxt müəyyən təhriflər olsa da, keçmişdə baş verən hadisələri özündə əks etdirir. Bu baxımdan iki aşiqin uyuduğu bu qəbirlərin yerləşdiyi ərazinin araşdırılması əhəmiyyətli ola bilər.