» » » Dərmanların qiymətini öyrənməyin yeni üsulu

Dərmanların qiymətini öyrənməyin yeni üsulu

Dərmanların qiymətini öyrənməyin yeni üsulu

Nazirlik məlumat yaydı.

Tarif Şurası tərəfindən qiyməti tənzimlənmiş dərmanların süni bahalaşdırılması mümkün olmayacaq. Belə ki, qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısını mobil telefonlar vasitəsilə öyrənmək mümkün olacaq.

Bu barədə İqtisadiyyat və Sənaye nazirliyindən ucarliyiq.biz-a bildirilib. 

“Qiymətləri telefon və planşetlərə yükləməklə dərman vasitələrinin qiyməti, tərkibi, istehsalçı ölkəsi və təsdiq olunmuş qiymətlərin tətbiq edildiyi tarix barədə ətraflı məlumat almaq mümkünləşib. Belə ki, qiymətləri tənzimlənmiş dərman vasitələrinin həm tərkib, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının www.tariff.gov.az saytının "Dərman vasitələri" bölməsində “pdf” formatında yerləşdirilmişdir”, - deyə nazirliyin məlumatında deyilib. 

“Yeni dərman vasitələrinin qiymətləri təsdiqləndikcə bu cədvəllər də yenilənir”, - deyə nazirlikdən bildirilib.