» » » Azərbaycanda 14 minə yaxın adsız küçə var

Azərbaycanda 14 minə yaxın adsız küçə var

Azərbaycanda 14 minə yaxın adsız küçə var

Komitə məlumat yaydı.

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 45 rayonun 1259 kənd yaşayış məntəqələri üzrə 13 527 adsız küçə formalaşdırılıb. 

Bu barədə komitədən ucarliyiq.biz-ə bildirilib. 

Komitədən qeyd olunub ki, yaxın 2 ay ərzində onların adlandırılması ilə bağlı müvafiq rayon icra hakimiyyəti orqanlarına müraciət olunacaq.

“Bakı şəhərində 340 ədəd nəqliyyat infrastrukturu obyektində ünvan lövhəsi, 5 ədəd informasiya lövhəsi, 16 ədəd park informasiya lövhəsi, 30 ədəd küçə istiqamət nişanları quraşdırılıb”, - deyə komitədən qeyd edilib.