» » » DSMF: Əllillərin aldıqları pensiyaların məbləği artırılıb

DSMF: Əllillərin aldıqları pensiyaların məbləği artırılıb

DSMF: Əllillərin aldıqları pensiyaların məbləği artırılıb

Son 9 il ərzində.

Əhalinin pensiya təminatında yeni sistemin tətbiqi dövründə əlilliyə görə əmək pensiyası alanların pensiyalarının əhəmiyyətli artımı baş verib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) ucarliyiq.biz-ə bildirilib. 

“Ölkə üzrə əlilliyə görə əmək pensiyası alanların pensiyalarının orta aylıq məbləği 01 yanvar 2006-cı il tarixə 32,3 manat olduğu halda,  1 dekabr 2015-ci il tarixə  bu məbləğ 149,09 manata çatıb. Hazırda I qrup gözdən əlillərin pensiyalarının orta aylıq  məbləği isə 257,35 manat təşkil edir”, - deyə Fonddan qeyd edilib. 

DSMF-dan onu da bildiriblər ki, ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlillərin pensiyalarının vaxtında ödənilməsi təmin olunub.