» » » Rusiyada azərbaycanlı itkin düşüb

Rusiyada azərbaycanlı itkin düşüb

Rusiyada azərbaycanlı itkin düşüb

Kişi 2013-cü ilin aprel ayının 3-də evdən çıxıb.

Qohumları, yaxınları və polis Həştərxan vilayətinin sakini Tehran Səmədovu axtarır, ucarliyiq.biz “Rusiya İstintaq Komitəsinin Xəbərləri”nə istinadən xəbər verir.

İstintaqın məlumatına görə, o, 2013-cü ilin aprel ayının 3-də Gertsen küçəsində yerləşən evdən çıxıb və bir daha geri qayıtmayıb. 

İtkin düşən şəxsin əlamətləri: görünüşcə 30-32 yaşındadır, arıqdır, boyu 170 sm-dır, qısa, tünd rəngli saçları, qəhvəyi gözləri var. Evdən çıxarkən əynində qara dəri gödəkçə, qara velvet şalvar, qara köynək, qara ayaqqabı olub.

Xüsusi əlamətləri: sol çiynində bıçaq şəklində döymə var, sağ çiynində yanıq izi, hər iki ayağında Azərbaycan dilində yazı döyməsi var.

İndiyə qədər onun harda olduğu barədə məlumat yoxdur.

Bununla əlaqədar Rusiya İstintaq Komitəsinin Həştərxan vilayəti üzrə Dövlət idarəsinin İkryaninski rayonlararası istintaq şöbəsi bu vətəndaşın taleyi və ya olduğu yer haqqında hər hansı bir məlumatı olanlardan 8 (851-44) 2-04-58 nömrəli telefona zəng edərək bildirmələrini xahiş edir.