» » » Bakıda partlayış: Qayınata və gəlin yaralandı

Bakıda partlayış: Qayınata və gəlin yaralandı

Bakıda partlayış: Qayınata və gəlin yaralandı

DİN məlumat yaydı.

Bakıda mənzildə partlayış baş verib.

Daxili İşlər Nazirliyindən ucarliyiq.biz-ə verilən məlumata görə, hadisə dekabrın 1-də saat 13 radələrində Xətai rayonunun Mingəçevir küçəsində baş verib.

Yaşar Məmmədovun evinin mətbəxində təbii qazın sızmasından yanğına keçən ani partlayış olub. Nəticədə qapı və pəncərə çərçivələri yerindən çıxıb, yanıq xəsarəti alan Y.Məmmədov və gəlini Aytən Məmmədova xəstəxanaya yerləşdiriliblər.

Y.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Aytənin vəziyyəti qənaətbəxşdir.