» » » Milli Qəhrəmanın xatirəsi anıldı - FOTO

Milli Qəhrəmanın xatirəsi anıldı - FOTO

Milli Qəhrəmanın xatirəsi anıldı - FOTO

Tədbirin sonunda Muxtar Qasımova həsr olunmuş “Vətən sevgisi” adlı sәnәdli filim nümayiş olundu.

Bakı Şәhәr İcra Hakimiyyәti Başçısı Aparatının Kino Xidmәti İdarәsi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan “Milli Qәhrәmanlar” sәnәdli filmlәr hәftәsi keçirir. Həftə çərçivəsində rejissor Rəşad Qasımovun çəkdiyi Milli Qәhrәman Muxtar Qasımova hәsr olunan “Vətən sevgisi” adlı sәnәdli film tәqdim olunub.

ucarliyiq.biz xəbər verir ki, Bakı Şәhәr İcra Hakimiyyәti başçısı Aparatının Kino Xidmәti İdarәsinin tәşkil etdiyi tәdbirdә Ailә, Qadın və Uşaq Problemlәri üzrә Dövlәt Komitәsi, Nəsimi rayon İcra Hakimiyyәti, Milli Qәhrәmanları Tanıtma İctimai Birliyi, Milli  Qəhrəman Muxtar Qasımovun yaxınları və Kütlәvi informasiya vasitәlәrinın əməkdaşları iştirak etdi.

Kino Xidmәti İdarәsinin rəisi Gültəkin Nəriman torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda şəhid olmuş Milli Qəhrəman Muxtar Qasımovun hər bir gənc həkimə  örnək ola biləcək həyat yoluna nəzər saldı.

Bildirdi ki,  Muxtar Qasımov Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini başa vurduqdan sonra Ağdamda gedən bütün döyüşlərdə yaralıları xilas etmək üçün qəhrəmanlıq göstərib. G.Nəriman Azərbaycan övladlarının xalqımıza daha da yaxından tanıdılması, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə keçirilən tədbirlərin əhəmiyyətini vurğuladı.

Muxtar Qasımov 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açıb. O, 1974-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. O, tibb təhsilini başa vurduqdan sonra işləmək üçün təyinatla Xankəndinə yola düşür. Ağdamda gedən bütün döyüşlərdə yaralıları xilas etmək üçün qəhrəmanlıq göstərir. Xocalı faciəsindən sonra Muxtar Qasımov həyatını tamamilə cəbhəyə bağlayır. 

1992-ci ilin iyununda Aranzəmin, Pircamal, Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə həkim olaraq öz bilik və bacarığını nümayiş etdirir. 16 iyul 1992-ci ildə Naxçıvanlı kədi uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olur. 1993-cü ildə Muxtar Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Tədbirdə çıxış edən Milli Qəhrəman Muxtar Qasımovun tələbə yoldaşı Zahir Hüseynov, cəbhə yoldaşları, əməkdar həkim Məmməd Nağıyev, komandiri Alı Qurbanlı,  Xocalı Soyqırımı Tanıtma İctimai birliyinin sədri Şamil Sabiroğlu, Azər  Qasımov, Azərbaycan Tibb Universitetinin rektor əvəzi Sabir Əliyev  Milli Qәhrәman Muxtar Qasımovun  ömür yolunun gәnc nәslә örnәk olduğundan, Azәrbaycana  xidmәt  etmiş, canından keçәrәk şәhid adı qazanmış vətənin oğul və qızlarının həyat və döyüş yolundan bəhs edən sənədli filmərin çəkilərək  təbliğinin vacibliyini vurğuladılar. 

Tədbirdə Milli Qəhrəmanın həyat yoldaşı polkovnik-leytinant Mətanət Abbasova, şəhidin anası Şəfiqə xanım da iştirak etdi.

Tədbirin sonunda  Milli Qəhrəman  Muxtar Qasımova həsr olunmuş “Vətən sevgisi” adlı sәnәdli filim nümayiş olundu. 

Milli Qəhrəmanın xatirəsi anıldı - FOTO

Milli Qəhrəmanın xatirəsi anıldı - FOTO

Milli Qəhrəmanın xatirəsi anıldı - FOTO

Milli Qəhrəmanın xatirəsi anıldı - FOTO

Milli Qəhrəmanın xatirəsi anıldı - FOTO

Milli Qəhrəmanın xatirəsi anıldı - FOTO

Milli Qəhrəmanın xatirəsi anıldı - FOTO

Milli Qəhrəmanın xatirəsi anıldı - FOTO

Milli Qəhrəmanın xatirəsi anıldı - FOTO

Milli Qəhrəmanın xatirəsi anıldı - FOTO

Milli Qəhrəmanın xatirəsi anıldı - FOTO

Milli Qəhrəmanın xatirəsi anıldı - FOTO

Milli Qəhrəmanın xatirəsi anıldı - FOTO

Milli Qəhrəmanın xatirəsi anıldı - FOTO