» » » İsmayıllıda “Bilik Kuboku” regional yarışması keçirildi - FOTO

İsmayıllıda “Bilik Kuboku” regional yarışması keçirildi - FOTO

Qaliblər National Geographic Azərbaycan jurnalları ilə mükafatlandırıldılar.

İsmayıllı şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə “Gənclər Paytaxtında Bilik Kuboku” layihəsi keçirildi. Layihə seçim turları və final mərhələsindən ibarət olmaqla iki ay ərzində təşkil olunub.

ucarliyiq.biz xəbər verir ki, “Gənclər Paytaxtında Bilik Kuboku” layihəsi çərçivəsində təşkil olunan seçim turlarında ölkənin 15 regionundan 1000-dən artıq gəncin iştirak etdi. Seçim turları nəticəsində onlardan ən güclü 20 komanda finala vəsiqə qazandı. Layihənin final mərhələsi İsmayıllı rayonunda baş tutub.
 
Tədbirdə açılış nitqi ilə çıxış edən layihə rəhbəri Azad Manaflı turnirin keçirilməsində məqsədin gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması olduğunu qeyd etdi. Daha sonra İsmayıllı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhla Qafarova çıxış edərək rayon Gənclər və İdman İdarəsinin həmişə intellektual oyunlara və rayon gənclərinə göstərdiyi dəstəkdən danışdı. Belə layihələrin gələcəkdə də davam etdirilməsinin vacib olduğu vurğuladı. İsmayıllı rayon Təhsil Şöbəsinin əməkdaşı Rəşad müəllim çıxışında şagirdlərin böyük həvəslə yarışlarda iştirak etdiyini dedi. Layihədə rayon məktəblirərindən  ibarət komandaların da olunduğunu vurğulayıb.
 
Bilik Kuboku layihəsinin finalı 3 turdan ibarət olan 36 sualın səslənməsi ilə davam etdi. Rəqiblərini xeyli qabaqlayan İsmayıllının “İİOK” komandası turnirdə birinci yerə sahib oldu. “Kapitalist” (Bakı) və “Zarafat” (İsmayıllı) komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərə sahib oldular. Regionlar arasında keçirilən bu layihə böyük maraq doğurdu.
 
Qaliblər kubok, medal və diplomlar, National Geographic Azərbaycan jurnalları ilə mükafatlandırıldılar. Eləcə də oyunda iştirak edən bütün komandalara sertifikatlar təqdim olundu. Sonda qaliblərlə xatirə şəkli çəkildi.