» » » “Avtovağzal” stansiyası bu il də istifadəyə verilməyəcək – FOTO

“Avtovağzal” stansiyası bu il də istifadəyə verilməyəcək – FOTO

“Avtovağzal” stansiyası bu il də istifadəyə verilməyəcək – FOTO

“Son tamamlama işləri görülür”.

İnşasına 2009-cu ildə başlanan "Avtovağzal" stansiyası bu il də istifadəyə verilməyəcək.

ucarliyiq.biz-ın məlumatına görə, fasilələrlə inşası davam etdirilən stansiyanın yalnız gələn il hazır olacağı real görünür. İndi həmin stansiyada yenidən iş gedir.

Bayır hissəsində son tamamlama işləri aparılır və yaşıllıq salınır.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzadlıqRadiosuna bildirib ki, "Avtovağzal" və şərti adı "Memar Əcəmi-2" olan stansiyalarda tikinti başa çatıb:

"Hər iki stansiyada abadlıq aparılır və avadanlıq quraşdırılır. Liftlər və eskalatorlar da quraşdırılıb".

N. Paşayevin sözlərinə görə, "Avtovağzal" stansiyasının 8-ci çıxışında - Bakı-Sumqayıt yolunun altından Biləcəriyə sarı keçiddə də son tamamlama işləri görülür:

“Hər iki stansiyanın 2016-cı ilin 2-ci yarısında istifadəyə verilməsi planlaşdırılır”.