» » » 49 saylı avtobusun hərəkət istiqaməti dəyişdi

49 saylı avtobusun hərəkət istiqaməti dəyişdi

49 saylı avtobusun hərəkət istiqaməti dəyişdi

NİİM məlumat yaydı.

Bakıda 49 saylı marşrut avtobusunun hərəkət istiqamətində dəyişiklik olunub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ucarliyiq.biz-ə verilən məlumata görə, əvvəllər 49 saylı marşrut avtobusu Atəşgah dairəsindən "Xətai" metro stansiyasına kimi hərəkət edirdisə, bu gündən etibarən bu marşrutun xətti uzadılacaq.

Belə ki, sözügedən avtobus Atəşgah dairəsi - Bakıxanov dəmiryol stansiyası - Bakıxanov ticarət mərkəzi - Dakar meydanı - Babək pr. - "Xətai" metro stansiyası - Xətai pr. (Şərq bazarı) - "Cəfər Cabbarlı" metro stansiyası - Azadlıq pr. - S.Rəhimov küçəsi ilə fəaliyyət göstərəcək.