» » » Gədəbəydə qadın özünü yandırdı

Gədəbəydə qadın özünü yandırdı

Gədəbəydə qadın özünü yandırdı

Ona bədənin 95 faizinin 2-3-cü dərəcəli yanıq diaqnozu qoyulub.

Gədəbəydə 57 yaşlı qadın intihara cəhd edib.

ucarliyiq.biz xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Şınıx kəndində kənd sakini, 1958-ci il təvəllüdlü Nəsibə Hüseynova yaşadığı evdə üzərinə neft tökərək özünü yandırıb. 

Qadın dərhal Gədəbəy rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Ona bədənin 95 faizinin 2-3-cü dərəcəli yanıq diaqnozu qoyulub. N. Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir. 

İlkin məlumata görə N. Hüseynova ailə münaqişəsi zəminində özünü yandırıb.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.