» » » Nazirlik: Müharibə əlillərinə mənzillərin verilməsi davam etdirilir

Nazirlik: Müharibə əlillərinə mənzillərin verilməsi davam etdirilir

Nazirlik: Müharibə əlillərinə mənzillərin verilməsi davam etdirilir

“Bu gün Beynəlxalq Əlillər günüdür”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən aylıq sosial müavinətlə təmin olunanların 59,2%-i əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır.

Bu barədə nazirlikdən ucarliyiq.biz-a bildirilib. 

“Bu müavinətlərin orta aylıq məbləği 2004-cü illə müqayisədə 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara yönələn sosial müavinətin aylıq məbləği isə 7,4 dəfə artırılıb. Ölkədə əmək pensiyaçılarının da 28,8 %-i əlilliyə görə əmək pensiyası alanlardır və 2003-cü illə müqayisədə əmək pensiyalarının orta aylıq məbləğində 9,5 dəfə artım özünü göstərib”, - deyə nazirlikdən qeyd edilib. 

ƏƏSMN –dan bildirilib ki, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin mənzillə təminatı işləri davam etdirilir:

“Ümumilikdə keçən il və cari ilin ötən dövründə müharibə əlilləri və onlara bərabər tutulan 1933 nəfər şəxsə “Naz-LİFAN” markalı minik avtomobili verilib ki, bu da indiyədək avtomobillə təmin edilən əlilliyi olan şəxslərin 33,6% təşkil edir.

Bu ilin ötən dövründə artıq 180-ə yaxın mənzil müharibə əlillərinin və şəhid ailələrinə istifadəsinə verilib və hazırda Bakıda, ölkənin bölgələrində həmin şəxslər üçün çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisi, həmçinin hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir”.

Qeyd edək ki, bu gün Beynəlxalq Əlillər günüdür.