» » » Xaqani küçəsində təmir uzandı

Xaqani küçəsində təmir uzandı

Xaqani küçəsində təmir uzandı

Yol tam bağlı olacaq.

Dekabr ayının 2-dən etibarən Xaqani küçəsinin Azadlıq prospekti ilə kəsişməsi asfalt örtüyünün təmirinə bağlanıb. 

Bakı Şəhər Haqlasından ucarliyiq.biz-ə verilən məlumata görə, təmir işlərinin dekabr ayının 2-də yekunlaşması nəzərdə tutulsa da,  yeraltı qəza səbəbəbindən təmir işləri uzanıb. 

Bu gün, dekabr ayının 3-ü gecə saatlarından etibarən isə Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hərəkəti tam bağlı olacaq. 

Xaqani küçəsində qeyd olunan bütün təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə olan məhdudiyyətlər artıq dekabr ayının 6-dan 7-nə keçən gecə, Bazar ertəsi aradan qaldırılacaq. 

Qeyd edək ki, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir.

Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir. Yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.