» » » Azərbaycanda məscidlərdə veb-kameralar quraşdırılacaq

Azərbaycanda məscidlərdə veb-kameralar quraşdırılacaq

Azərbaycanda məscidlərdə veb-kameralar quraşdırılacaq

“Məscid müqəddəs yerdir”.

Azərbaycandakı məscidlərdə veb-kameralar quraşdırılacaq, təhlükəsizlik tədbirləri gücləndiriləcək. 

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, Lənkəran rayonunda, habelə bir çox rayonlarda fəaliyyət göstərən məscidlərin axundlarına radikal qruplar tərəfindən təzyiqlər edilib və nəticədə axundlar zəiflik göstərərək minbəri radikal qruplara verib: 

“Bu halların baş verdiyi məscidlərin siyahısı bizdə var. Kim olur olsun, lap 50 nəfər onlar, bir nəfər sizsizinizsə, minbəri və mikrofonu heç kimə verməyin. Məscid müqəddəs yerdir. Məscidin minbərini heç kimə, o cümlədən də radikal qruplara vermək olmaz. Əgər radikal qruplar sənin əlindən minbəri alırsa, deməli sənin orada qalmağa mənəvi haqqın yoxdur”.
 
Komitə sədri qeyd edib ki, bu cür hallar baş verən zaman mütləq hüquq-mühafizə orqanlarına xəbər verilməlidir.