» » » “Milli irsə dəstək olaq” adlı flaşmob keçiriləcək

“Milli irsə dəstək olaq” adlı flaşmob keçiriləcək

“Milli irsə dəstək olaq” adlı flaşmob keçiriləcək

YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycan mədəniyyət nümunələri haqqında.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə cari ilin 04 dekabr tarixində saat 16.30-da “Metro Park” alış-veriş və ticarət mərkəzində “Milli irsə dəstək olaq” adlı flaşmobun keçirilməsi nəzərdə tutulub.

ucarliyiq.biz xəbər verir ki, aksiya zamanı müxtəlif rəqs kollektivləri tərəfindən “Yallı” və “Köçəri” rəqsləri ifa olunacaq və tədbir iştirakçılarına YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycan mədəniyyət nümunələri haqqında məlumatlar paylanacaqdır. Məlumat üçün bildiririk ki, tədbirdə Azərbaycan fəxri mədəniyyət və incəsənət işçilərinin də iştirakı gözlənilir.

Mətbuat nümayəndələri dəvətlidir.