» » » Gəncədə Rəsulzadənin büstü açıldı - FOTO

Gəncədə Rəsulzadənin büstü açıldı - FOTO

Gəncədə Rəsulzadənin büstü açıldı - FOTO

Büstün üzərindəki örtük götürülüb.

Gəncə şəhərindəki “Dəmiryolçular” parkında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucusu Məhəmməd Əmin Rəsulzadənin büstü açılıb. 

ucarliyiq.biz “Report”-a istinadən xəbər verir ki, büstün üzərindəki örtük götürülüb. 

Hazırda park ərazisində Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatları İstehsalat Birliyinin əməkdaşları təmizlik, təmir-bərpa işləri aparır. Ərazidə yaşıllaşdırma işləri aparılır, müxtəlif növ dekorativ ağaclar əkilir.