» » » Sabunçuda külək məktəbin damını uçurdu

Sabunçuda külək məktəbin damını uçurdu

Sabunçuda külək məktəbin damını uçurdu

Məktəbə baxış keçirilib.

Bu gecə Bakıda əsən güclü külək məktəblərdən birinin damını uçurub. 

ucarliyiq.biz xəbər verir ki, Lent.az-ın məlumatına görə, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Məşədi Adil küçəsi 4 ünvanında yerləşən Hüseynbala Ağaverdiyev adına 113 №-li tam orta məktəbin damının yarıdan çoxu küləyin təsiri ilə uçub. 

3 mərtəbəli məktəb binasının şiferdən hazırlanmış damı gecə saatlarında uçduğundan xəsarət alan olmayıb.
 
Məktəbdən bildirilib ki, Sabunçu rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyi məsələ ilə bağlı məlumatlandırılıb. Dövlət qurumlarının əməkdaşları məktəbə baxış keçiriblər. Hazırda dərslər həmişəki qaydada davam edir.
 
Məktəbə dəymiş ziyan məsələ ilə bağlı yaradılmış komissiyanın yekun qərarından sonra müəyyənləşəcək.