» » » “Azəryolservis”: Kanalizasiya sistemindəki problemlər gölməçələrin yaranmasına səbəb olur

“Azəryolservis”: Kanalizasiya sistemindəki problemlər gölməçələrin yaranmasına səbəb olur

“Azəryolservis”: Kanalizasiya sistemindəki problemlər gölməçələrin yaranmasına səbəb olur

“Yağış suları yenidən yola qayıdır”.

Paytaxt yollarında yağış-kanalizasiya sistemi qurulub və bu sistemdə heç bir problem yoxdur.

ucarliyiq.biz xəbər verir ki , bunu “APA-Economics”ə açıqlaması zamanı Nəqliyyat Nazirliyinin “Azəryolsevis” ASC-nin Mətbuat katibliyinin rəisi Anar Nəcəfli yağan güclü yağışdan sonra Bakı və ətraf qəsəbələrdə bir çox yolların su basmasına münasibət bildirərkən deyib.
 
"Sadəcə kanalizasiya sistemində müəyyən problemlər var. Həmin sistemin yağış sularını ötürməyə gücü çatmır, nəticə yağış suları yenidən yola qayıdır. Bu isə yollarda gölməçələrin yaranmasına səbəb olur", - deyə qurum rəsmisi bildirib.

A. Nəcəfli baş vermiş bu cür hadisələrin qarşısını almaq, yaranmış problemləri aradan qaldırmaq üçün aidiyyatı qurumlarla birlikdə işlərə başlamaq niyyətində olduqlarını bildirib.

"Azərsu" ASC-nin Mətbuat xidmətindən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.