» » » DİN Xətaidəki dəhşətli qəza ilə bağlı məlumat yaydı

DİN Xətaidəki dəhşətli qəza ilə bağlı məlumat yaydı

DİN Xətaidəki dəhşətli qəza ilə bağlı məlumat yaydı

Araşdırmalar davam edir.

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

ucarliyiq.biz Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb. Yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb. Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxslərin Bakı şəhər sakinləri Anar Həsənzadə və Samir Manaflı olduqları müəyyən edilib.

Şəmkir sakini isə Daşkəsəndə yol-nəqliyyat hadisəsi törədib. Hadisə Daşkəsən rayonunun Çovdar kəndində baş verib. Kəndin meşə zolağında Şəmkir rayon sakini Cavid Zeynalov idarə etdiyi “Niva” markalı avtomobili aşırıb. Nəticədə o, hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.