» » » “Neft daşları”nda qəza: Üç neftçi itkin düşdü

“Neft daşları”nda qəza: Üç neftçi itkin düşdü

“Neft daşları”nda qəza: Üç neftçi itkin düşdü

SOCAR məlumat yaydı.

Bu gün saat 12:30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib.

SOCAR-dan ucarliyiq.biz-a verilən məlumata görə, güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. 

Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar.

Dənizdə operativ axtarış işlərinə başlanılıb. Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən neftçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir.

Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.