» » » Quba-Xınalıq yolu təmizləndi

Quba-Xınalıq yolu təmizləndi

Quba-Xınalıq yolu təmizləndi

Yolun 3 yerində baş vermiş qar uçqunları aradan qaldırılıb.

Quba-Xınalıq yolu artıq qardan təmizlənib və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Bu barədə ucarliyiq.biz-a Azərbaycan Nəqliyyat Nazirliyi “Azəryolservis ASC”dən bildiriblər.

Məlumata görə, yolun 3 yerində baş vermiş qar uçqunları aradan qaldırılıb. Yolun enişli-yoxuşlu yerlərinə, sərt döngələrə və digər zəruri yerlərə qum-duz qarışığı səpilib.

Sürücülərdən xahiş olunur ki, həmin yoldan istifadə edərkən ehtiyyatlı olsunlar. Quba-Xınalıq yolunda qar uçqunu baş vermə ehtimalı qalmaqdadır. Bundan başqa yola çıxarkən nəqliyyat vasitəsinin sazlığını yoxlasınlar və “qış” təkərlərindən, təkərlər üçün xüsusi zəncirlərdən istifadə etsinlər.