» » » “Avto FM” məktəbdə təhlükəsizliyə dair tədbir keçirdi – FOTO

“Avto FM” məktəbdə təhlükəsizliyə dair tədbir keçirdi – FOTO

Uşaqlarla maarifləndirici söhbətlər aparılıb.

107.7 - “Avto FM” radiosunun təşkilatçılığı ilə Paşa Nəzərov adına 60 saylı orta məktəbdə yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirici tədbir keçirilib. 

ucarliyiq.biz xəbər verir ki, məqsəd məktəblilərə təhlükəsiz davranış qaydalarını öyrətmək, onların yol hərəkəti qaydaları barəsində bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını qonaqlara nümayiş etdirməkdən ibarət olub. 

Tədbirin qonaqları 107.7 - “Avto FM”in layihəsi olan “İnspektor” verilişinin aparıcıları Rövşən Həsənov və Aydın Əli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov və müstəqil ekspert, hüquqşünas Ərşad Hüseynov idi.

Şagirdlərlə “Yol hərəkəti haqqında” Qanunun tələbləri, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici söhbətlər aparılıb. 

Müstəqil ekspert, hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, uşaqların yol qaydalarını bilməsi üçün həm müəllimlər, həm də valideynlər diqqət göstərməlidirlər. Məhz valideynlər övladlarının təhlükəsizliyi üçün onlara yol qaydaları barədə məlumat verməli, bu haqda onların suallarını dolğun cavablandırmalı və praktik şəkildə onlara izah etməlidirlər. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov isə uşaqlara təhlükəsizlik kəmərinin əhəmiyyətindən danışıb. 

O vurğulayıb ki, təhlükəsizlik kəmərindən yolun qısa və uzun olmasından, nəqliyyat vasitəsinin aşağı və ya yüksək sürətlə hərəkət etməsindən asılı olmayaraq istifadə etmək lazımdır. 

Qonaqlar şagirdləri maraqlandıran sualları cavablandırdıqdan sonra 107.7 - “Avto FM” radiosu adından məktəblilərə hədiyyələr təqdim olunub. 

“Avto FM” radiosunun təşkilatçılığı ilə maarifləndirici tədbirlər bundan sonra da davam edəcək.

FOTO: Nüsrət Abdullayev