» » » “Günəşli” yatağında güclü yanğın başlayıb

“Günəşli” yatağında güclü yanğın başlayıb

“Günəşli” yatağında güclü yanğın başlayıb

Neftçilərdən xəbər yoxdur.

Bir neçə saat öncə “Günəşli” neft yatağında qaz sızması nəticəsində güclü yanğın başlayıb.

ucarliyiq.biz Virtualaz.orq-a istinadən xəbər verir ki, yanğın yatağın 10-cu platformasında başlayıb.

SOCAR-dakı mənbələrdən verilən məlumata görə, yanğın çox güclü olduğu üçün platforma ilə əlaqə tam kəsilib. Xilasetmə gəmisi platformaya yan ala bilmir. Platformada çalışan neftçilərin taleyindən heç bir xəbər yoxdur.

Yanğınla əlaqədar SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.

Son məlumata görə, platformada 84 neftçi var. Güclü külək xilasetmə işlərini çətinləşdirir.

Ölənlər və xəsarət alanlar barədə hələ məlumat verilmir.