» » » Nardaranda polisə silahlı müqavimət göstərərkən ölənlər dəfn edildi

Nardaranda polisə silahlı müqavimət göstərərkən ölənlər dəfn edildi

Nardaranda polisə silahlı müqavimət göstərərkən ölənlər dəfn edildi

Meyitlər ailələrinə verilib.

Noyabrın 26-da Nardaran qəsəbəsində polisə silahlı müqavimət göstərərkən ölənlərin cənazələri bu gün ailələrinə təhvil verilib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə APA-ya hadisə nəticəsində ölən Əkbər Babayevin atası Nazim Babayev məlumat verib.
 
Onun bildirdiyinə görə, bu gün günörta saatlarında onları Sabunçu Rayon Polis İdarəsinə dəvət ediblər və cənazələrin dəfninə icazə verilib: 

“Polis idarəsindən bizə bildirdilər ki, cənazələri Göy Məsciddən götürə bilərik. Biz də məscidə getdik, 4 nəfər yaxınımızın cənazəsini gətirib axşamüstü Nardaran qəbirstanlığında dəfn etdik”.
 
Xatırladaq  ki, hadisə nəticəsində polisə müqavimət göstərən dəstənin üzvlərindən Abbas Hüseyn, Sərvan Səfərov, Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşları ölüb.