» » » “Reuters”: “Günəşli”də 32 nəfər həlak olub

“Reuters”: “Günəşli”də 32 nəfər həlak olub

“Reuters”: “Günəşli”də 32 nəfər həlak olub

Onlarla insan dəhşətli qəzanın qurbanı olub.

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxması nəticəsində baş verən qəza zamanı 32 neftçinin həlak olması barədə məlumat yayılıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyinə “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı verib.

Bildirilir ki, hadisə baş verən vaxt 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 74 nəfər işdə olub. Onlardan 42-si xilas edilib, 32 nəfər isə dəhşətli qəzanın qurbanı olub.

SOCAR-ın mətbuat xidməti 32 neftçinin ölməsi xəbərini şərh etməyib. 

Şirkətdən yalnız o bildirilib ki, xilasetmə işləri davam etdirilir və artıq 32 nəfər xilas olunub.