» » » Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub

FHN məlumat yaydı.

Xətai rayonunda yanğın hadisəsi qeydə alınıb. 

ucarliyiq.biz-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 30 kvadratmetr olan 1 otaqlı mənzildə televizor, kondisioner və dəhlizin tavanı 6 kv.m sahədə yanıb.
 
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.