» » » Azərbaycanda ev partladı

Azərbaycanda ev partladı

Azərbaycanda ev partladı

Ölən və yaralananlar var.

Bərdə rayonunda fərdi yaşayış evində partlayış baş verib.

ucarliyiq.biz-ın “Report”-a istinadən verdiyi xəbərə əsasən, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Əli Məmmədova məxsus fərdi yaşayış evində baş verən partlayış evin yanmasına səbəb olub.

Hadisə qeyri-standart qaz sobasının partlaması nəticəsində baş verib. Yanğın nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.