» » » Xilas olunan neftçi danışdı – VİDEO

Xilas olunan neftçi danışdı – VİDEO

Xilas olunan neftçi danışdı – VİDEO

“Dalğanın hündürlüyü 8 metr idi”.

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş qəza ilə bağlı 30 nəfərin axtarışları davam edir.

ucarliyiq.biz atv.az-a istinadən xəbər verir ki, yanğın zamanı xəsarət alan 29 nəfər Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilib, xəsarəti yüngül olanlar artıq evə buraxılıblar.

Yaralılardan biri baş verən faciədən danışıb:

“Qayıqlara minib oturduq, bundan sonra da FHN gəldi bizi xilas etdi. Orda olanların dəqiq siyahısını deyə bilmərəm, amma hər halda 60-dan yuxarı olmalıydı. Dalğanın hündürlüyü 8 metr idi, heç bir texnika yaxınlaşa bilmirdi”.