» » » Təxliyyə edilmiş SOCAR əməkdaşları müayinədən keçiriliblər - SİYAHI

Təxliyyə edilmiş SOCAR əməkdaşları müayinədən keçiriliblər - SİYAHI

Təxliyyə edilmiş SOCAR əməkdaşları müayinədən keçiriliblər - SİYAHI

SOCAR məlumat yaydı.

Günəşli yatağındakı qəza baş vermiş 10 saylı dərin dəniz özülündən təxliyyə edilmiş SOCAR əməkdaşları Mərkəzi Neftçilər Xəstəxanasında müayinədən keçirilmişlər.

ucarliyiq.biz SOCAR-ın saytına istinadən xəbər verir ki, xəstəxanaya ümumilikdə 31 müraciət olunmuş, 22 nəfər ambulator müalicəyə cəlb edilmişdir. 1 nəfər Yanıq Mərkəzinə göndərilmiş, 8 xəstə isə müxtəlif diaqnozlarla Mərkəzi Neftçilər Xəstəxanasının stasionarına qəbul edilmişdir.

Aşağıda stasionara qəbul olunan xəstələrin siyahısı verilmişdir:

Rəcəbov Mərdan - qabırğa sınığı

Məmmədov Allahverdi - bazunun sınığı

Əliyeva Məlahət - bel fəqərəsinin sınığı

Hüseynov Rəşid - kəllə beyin silkələnməsi

Abbasov Mais - alın nahiyyəsinin kəsilmış, cırılmış yarası

Əliyev Ənvər - alın nahiyyəsinin burun göz altı yarası

Cəfərov Faiq - hipotermiya,başın yumşaq toxumaların əzilməsi

Orucov Atakişi - hipotoniya,yumşaq toxumaların əzilməsi