» » » “Günəşli” yatağında itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olunub

“Günəşli” yatağında itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olunub

“Günəşli” yatağında itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olunub

“Bu gün isə dalğıclar dənizin dibinə enəcəklər”.

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən hələlik heç kim tapılmayıb. Xilas edilənlər hazırda xəstəxanadır. Hamısının vəziyyəti normaldır. 

ucarliyiq.biz xəbər verir ki, bunu ANS PRESS-ə “Günəşli” dəniz yatağında baş vermiş yanğınla əlaqədar yaradılmış xüsusi qərargahda bildiriblər.

Məlumata əsasən, hazırda helikopterlər vasitəsi ilə axtarışlar davam etdirilir: 

“Bu gün isə dalğıclar dənizin dibinə enəcəklər və orada axtarışlar davam etdiriləcək. Hələlik platformadakı yanğının qarşısını almaq da mümkün olmayıb. Hazırda yanğınsöndürmə və xilasetmə işləri davam etdirilir”.

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.