» » » “Günəşli”də itkin düşən bir nəfərin cəsədi tapıldı

“Günəşli”də itkin düşən bir nəfərin cəsədi tapıldı

“Günəşli”də itkin düşən bir nəfərin cəsədi tapıldı

29 nəfərin axtarışları davam etdirilir.

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən birinin cəsədi tapılıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə ANS-ə “Günəşli” dəniz yatağında baş vermiş yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan məlumat verilib.

Məlumata görə dənizdən tapılan meyit 1965-ci il təvəllüdlü Ramiz Nüsrəddin oğlu Həsənova məxsusdur. 29 nəfərin axtarışları davam etdirilir.