» » » “Günəşli”də baş verən qəzadan xilas olanların təəssüratları - FOTOLAR

“Günəşli”də baş verən qəzadan xilas olanların təəssüratları - FOTOLAR

“Günəşli”də baş verən qəzadan xilas olanların təəssüratları - FOTOLAR

“Güc bəla ilə hər kəs çölə çıxdı”.

Həmin gün çox güclü, yəni şimal-qərb küləyi əsirdi. Şimal hissədə yerləşən kəmərlərdə cırılma baş verdi. Həmin an da qırılma zamanı yanğın oldu. Bununla da bütün platformanı yanğın bürüdü. Məcbur olub insanları təxliyə etdik. İnsanları qayıqlara mindirib dənizin müəyyən səviyyəsinə qədər düşə bildik. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə Report-a Mərkəzi Neftçilər Xəstəxanasında sağ baza sümüyünün orta üçdə birinin qapalı yerdəyişən sümüyünün və sağ bazunun çıxığı diaqnozu ilə daxil olan və travmatoloqlar tərəfindən ostosintez əməliyyat olunan SOCAR-ın “Günəşli» yatağının 10-cu dərin dəniz özülün rəisi Allahverdi Məmmədov deyib.

Onun sözlərinə görə, əsas məqsəd platformadan uzaqlaşmaq idi: 

“Platformada 63 işçi var idi. Onlardan 27 nəfəri mənim olduğum qayıqda olub. Digərləri isə o biri qayıqda idi. Mənimlə olan bütün işçilər xilas olub. Digərlərindən isə xəbərim yoxdur”.

O, həmçinin platformada fövqəladə vəziyyətlər üçün işçi sayına görə kifayət qədər qayığın olduğunu bildirib: 

“Həmin qayıqlarda adətən 42 nəfərlik yer olur. Özündə isə 4 şlupka olur. Onlardan 2-si şərq tərəfdə idi. Ancaq onlara heç cür yaxınlaşmaq olmurdu. Çünki külək qərbdən şərqə vururdu. İkisi isə şimalda idi ki, o da insanların sayına bəs edirdi. Yəni, qayıqdakı yerlərin sayı orda olanların sayından çox idi”.

“Rəhbərliyə məlumat verəndə onlar operativ şəkildə yaxında olan bütün xilasediciləri platformaya göndərmişdilər. Sadəcə dalğa o qədər böyük idi ki, gəmi bizə yan ala bilmirdi. Bu heç mümkün də deyildi. Çünki həmin gəmi özü xətə törədə bilərdi. Təsəvvür edin ki, dalğanın hündürlü 13-14 metr idi. Ona görə də xilas etmə işləri vaxt tələb edirdi. Qeyd edim ki, bizim qayıqda olan bütün işçilərin əynində xilasedici jiletlər olub. Hər kəsə təlimat da vermişdik. İşçilərimizi də sakitləşdirmişdik ki, narahat olmayın hər şey qaydasındadır. Qayığa ən sonuncu özüm mindim” - deyə özülün rəisi fikirlərinə əlavə edib.

A. Məmmədov hadisənin təxminən axşamtərəfi 5-6 arası baş verdiyini xatırladıb: “Hava qaranlıqlaşmağa doğru gedirdi. Xəstəxanaya çatana qədər ayıq idim. Sadəcə qolum sınmışdı deyə ağrı verirdi”.

Digər xəstə 1959-cu il təvəllüdlü Mərdan Rəcəbov qabırğalarının çoxsaylı sınığı diaqnozu ilə xəstəxanaya qəbul olunub. O isə hadisəni belə xatırlayır: 

“Platformada tikintidə quraşdırıcı vəzifəsində çalışırdım. Bir an partlayışın səsini eşitdik. Ardınca yanğının gücləndiyinin şahidi olduq.Tüstü və alovdan sonra qayıqlarla xilas olunacağımızı bildirdilər. Dərhal qayıqlara mindik və aşağı düşdük. Sadəcə həmin gün çox güclü külək var idi. 17 saat qayıqda gözləyəndən sonra Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edildik. Bizim qayıqda olanların hamısı xilas edilmişdi. Qayıq ora-bura çırpılanda yaralanan, əzilən oldu. Lakin bizim qayıqda olanlardan heç kim suya düşmədi. Sadəcə platformanın altında olan borulara ilişib qalmışdıq. Digər qayıqdakıların aqibəti haqqında heç bir xəbərimiz olmadı. Əgər qayıq suya düşüb partlayıbsa onların aqibətinin necə olmasını demək çox çətindir. Həmin an sadəcə öz həyatımızı düşünürdük. Orada iki qayıq yanaşı idi. Hansı ki çox külək tutmayan yerlər var idi həmin yerlərdə çox tüstü olduğuna görə qayıqlara minmək mümkün olmadı. Ona görə də şimal tərəfdən mindik. Orada da şimal küləyi çox güclü idi”.

Sonuncu müsahibimiz isə platformada xadimə kimi çalışan Məlahət Əliyeva oldu. O, xəstəxanada olanlardan bir az uzun müddət müalicəsini burada davam etdirəcək. M. Əliyeva işini bitirdikdən sonra dincəlmək üçün onlar üçün nəzərdə tutulan otağa getdiyini deyib: 

“Elə onda gördüm ki, partlayış səsi gəldi və otaqdakı bütün əşyalar yerə töküldü. Tez bayıra çıxıb birinci mərtəbəyə düşdüm. Dedilər ki, partlayış olub təcili qoruyucu jiletlərinizi geyinin və hər kəs qayıqların yanına yaxınlaşsın. Dediklərini etdik və qapını açıb çıxmaq istəyəndə gördük ki, hər tərəfi alov bürüyüb, çıxa bilmirik. Güc bəla ilə hər kəs çölə çıxdı. Hər kəs qayığa mindi. Bizim qayıqda 27 nəfər idi. Onlar da bildiyim qədəri ilə xilas olub”. 