» » » Xoşbəxt Yusifzadə: Təxribat görmürəm

Xoşbəxt Yusifzadə: Təxribat görmürəm

Xoşbəxt Yusifzadə: Təxribat görmürəm

“Heç kimdən kömək istəməyəcəyik”.

SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğında təxribat görmürəm

ucarliyiq.biz-ın məlumatına görə, bunu mətbuat konfransında SOCAR-ın vitse prezidenti Xöşbəxt Yusifzadə deyib.

X.Yusifzadə yanğının söndürülməsində hər hansı digər ölkədən kömək istənilməyəcəyini bildirib: “Heç kimdən kömək istəməyəcəyik. Bizim bu yanğını söndürməyə imkanımız çatır. İndi əsas vəzifəmiz itkin düşmüş insanların tapılmasıdır”.

Hadisənin təxribat olması ilə bağlı sosial şəbəkələrdə səslənən fikirlərə münasibət bildirən X.Yüsifzadə bu versiyanın həqiqətə uyğun olmadığını bildirib: 

“Burada bir təxribat görmürəm. Təxribat olarsa, platformaya nəsə yerləşdirərdilər. Burada kəmər partlayıb. Dalğanın və küləyin gücü qaz kəmərini tərpədib və sındırıb. Hər şey ola bilər, ancaq mən təxribat versiyasına inanmıram”.