» » » İranın Bakıdakı səfiri Azərbaycan xalqına başsağlığı verdi

İranın Bakıdakı səfiri Azərbaycan xalqına başsağlığı verdi

İranın Bakıdakı səfiri Azərbaycan xalqına başsağlığı verdi

“Yaralananlara şəfa diləyirəm”.

İranın Azərbaycandakı səfiri Möhsin Pakayin “Günəşli” yatağının özülündə baş vermiş hadisə də insan itkiləri ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Bu barədə ucarliyiq.biz Trend-ə istinadən xəbər verir.

“Baş vermiş faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına öz adımdan və İran xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, səfir M.Pakayin açıqlamasında deyib.

M.Pakayin əlavə edib ki, baş verən qəzada itkin düşmüş şəxslərin tapılması məqsədi ilə İranın Astara və Ənzəli limanlarında aidiyyatı orqanları və eləcə də İranın daxili işlər nazirinin müavini və ölkənin böhran vəziyyətinin idarəedilməsi təşkilatının sədri İsmayıl Nəccarla əlaqə saxlayıb və İran tərəfindən aidiyyatı qurumlar itkin düşmüş şəxslərin tapılması üçün səfərbər olunublar.

O həmçinin İranın “Günəşli” yatağında yanğının söndürülməsi və digər lazımi köməyi göstərməyə hazır olduğunu bildirib.