» » » “Günəşli”dəki qəzanın yeni görüntüləri yayılıb - VİDEO

“Günəşli”dəki qəzanın yeni görüntüləri yayılıb - VİDEO

“Günəşli”dəki qəzanın yeni görüntüləri yayılıb - VİDEO

Görüntülər SOCAR-da keçirilən mətbuat konfransında nümayiş etdirilib.

“Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəzanın video görüntüləri yayılıb.

ucarliyiq.biz, xəbər verir ki, görüntülər SOCAR-da bu gün keçirilən mətbuat konfransında nümayiş etdirilib.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir.

Qəza baş verən zaman 63 nəfər olub. Onlardan 1 nəfər ölüb, 33 nəfər təxliyyə olunub, 29 nəfərin axtarışları isə davam etdirilir.