» » » Pilot Rövnəq Abullayevə: Canımdan bezməmişəm - VİDEO

Pilot Rövnəq Abullayevə: Canımdan bezməmişəm - VİDEO

Pilot Rövnəq Abullayevə: Canımdan bezməmişəm - VİDEO

“Yanğın imkan vermir, riskdi”.

Bu gün Dövlət Neft Şirkətində “Günəşli” yatağında baş verən yanğınla əlaqədar mətbuat konfransı keçirilib.

ucarliyiq.biz xəbər verir ki, SOCAR-ın vitse-prezident Xaliq Məmmədov platformada 4 qayığın olduğunu, onlardan ikisindən istifadə edildiyini bildirib:

“Dünən yanan platformaya vertolyotu otuzdurmaq üçün altı cəhd olundu, lakin alınmadı.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev helikopterin pilotundan platformaya enməyi xahiş etdi. Pilot bildirdi ki, canımdan bezməmişəm, mənim ailəm var, 2 uşaq atasıyam. Yanğın buna imkan vermir, riskdi.

İşçilər qaydaya uyğun olaraq davranıblar, suya düşə bilməyiblər ki, dalğa böyük idi, yuxarıda qala bilmirdilər, çünki yanğın idi. O biri qayığı isə Allah elə edib ki, külək həmin qayığı platformanın ayaqlarının arasına sıxışdırıb. Elə bil ki, əllə ora qoymuşdun. Külək o qayığı tərpətsəydi, onları da itirə bilərdik”.