» » » Rövnəq Abdullayev hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir

Rövnəq Abdullayev hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir

Rövnəq Abdullayev hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir

O xilas etmə işləri tam bitənə kimi hadisə yerində olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğınla bağlı itkin düşən şəxslərin axtarış tədbirlərinin həyata keçirildiyi ərazidədir. 

ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, hadisə yerində olan Şirkət prezidenti hazırda axtarış-xilasetmə işlərinə nəzarət edir. 

R.Abdullayevin xilas etmə işləri tam bitənə kimi hadisə yerində olacağı bildirilir. 

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir.

Qəza baş verən zaman 63 nəfər olub. Onlardan 1 nəfər ölüb, 33 nəfər təxliyyə olunub, 29 nəfərin axtarışları isə davam etdirilir.